Sözünə Sadiq Qalan Müəllim

I help solo entrepreneurs build strong brands and grow their sales by using storytelling, artificial intelligence tools, digital marketing, and business systemization.
Müəllimlik — təkcə bilik ötürmək deyil. Bu, insanlara dəyərləri yaşatmağın sənətidir.
Bəzən bir müəllimin davranışı, min cildlik kitabdan daha dərindir.
Çünki şagirdin, həmkarın, cəmiyyətin səni sözünlə, qərarınla və prinsipinlə tanıyır.
Bir müəllim öz dediyi sözü “çeynəyirsə”, ətrafdakı insanlar bunu dərhal hiss edir.
Şüuraltında belə bir fikir yaranır:
“Elə deyir də, amma sonradan dəyişir. Əslində ciddi deyil.”
Və o an müəllimin imici bir az da zəifləyir.
Çünki öz sözünə əhəmiyyət verməyən bir insana başqaları da əhəmiyyət verməz.
Mərhəmət və taviz arasındakı incə xətt
Bəzən vicdan bizə pıçıldayır:
“Nolacaq ki, elan etdiyim son tarixdən cəmi bir saat gec yazıb, qəbul edim. Axı o da insan...”
Amma bu, mərhəmət deyil — tavizdir.
Həqiqi mərhəmət yalnız ədalətlə birləşəndə təzahür edir.
Əgər bir müəllim hər dəfə ürəyi yumuşaqlığına görə qaydaları dəyişirsə, əslində mərhəmət göstərmir — prinsipsizliyə zəmin yaradır.
Və bir gün o prinsipsizlik həm müəllimin, həm də cəmiyyətin içində dəyərləri korlayır.
“23:59-dan sonra” yazanlar
Behbudlu Academy-də möhtəşəm bir kampaniya etmişdik və günün sonunda, yəni saat 23:59-da kampaniya üçün qeydiyyatın bitəcəyini bildirmişdik.
Amma gecə 23:59-dan sonra onlarla müəllim belə yazıb:

“Sadəcə bir neçə dəqiqə keçib, bir yaxşılıq edib qəbul edin...”
Biz hamısına eyni şeyi dedik:
“Qapılar sürməlidir, bihudə yorulma!”
Çünki bir müəllimə “hə” desək, digərlərinə “yox” demək vicdansızlıq olardı.
Bəli, bu sərt qərardır. Amma ədaləti qorumaq üçün bəzən ürəyin ağrımaldır.
Universitet müəllimimlə səhər yeməyi
Bir dəfə universitetdə bir hadisə yaşadım.
Qrup yoldaşımın bacısının rəfiqəsi imtahandan kəsilmişdi, və məndən xahiş etdilər ki, ona dərs deyən müəllimlə danışım.
Müəllimlə münasibətim yaxşı idi. Sizlə bir mövzuda özəl danışmaq istəyirəm dedim. O da məni səhər yeməyinə dəvət etdi, və söhbət zamanı mənə ədalət və mərhəmət mövzusunda iki saatlıq həyat dərsi keçdi.
Sonunda dedi:
“İndi qərarı sən ver. Artır desən, 10 bal əlavə edəcəm. Artırma desən, kəsiləcək.”
Düşündüm və dedim:
“Artırmayın.”
Qrup yoldaşımın bacısının rəfiqəsi o il kəsildi, amma gələn il öz gücü ilə keçdi.
Əgər o gün müəllim onun balını artırılsaydı, bədəl ödəmədən o dərsi keçəcəkdi, amma xarakter cəhətdən güclənməyəcəkdi, daha da zəifləyəcəkdi.
Amma o məğlubiyyət onun üçün dönüş nöqtəsinə çevrildi.
Sözümün canı
Bəzən “yox” demək — qarşı tərəfi incitsə də, əslində ona fayda verir, onu gücləndirir.
Əgər biz daim rahatlıq yaratmağa çalışsaq, tərbiyə yox, asılılıq formalaşdırarıq.
Müəllimin gücü onun biliklərində deyil — xarakterində, ədalətində, birinci növbədə özünə qarşı sadiqliyindədir.
Əziz müəllim, bəzən ən doğru “hə” – düz vaxtında deyilmiş “yox”dur.
Çünki o “yox” bəzən bir insanın daha möhkəm, daha vicdanlı, daha məsuliyyətli biri olmasına səbəb olur.
Sözünə sadiq qalmaq — sadəcə etik davranış deyil, müəllimlikdə liderliyin təməlidir.
Sənin üçün növbəti addım
Əgər bu yazı sənə tanış duyğular oyatdısa, və sən də təsirli, sözü keçərli, hörmət qazanan bir müəllim olmaq istəyirsənsə, Behbudlu Academy-də hazırladığımız “Keyfiyyətli Müəllim Olmaq” video kursu sənin üçün doğru başlanğıcdır.
Burada bir müəllimin necə xarakterli, prinsipial və eyni zamanda empatik bir şəxsiyyətə çevrilə biləcəyini addım-addım izah edirik. Ödənişsiz sınaq dərsini izləmək üçün linkə keçid et 👉 behbudlu.com/p/km




