Behbudlu Academy | Müəllimlər üçün peşəkar inkişaf
Səncə, bir müəllim bir aya maksimum nə qədər qazana bilər?
Müəllim olaraq çox zəhmət çəkirsən, amma maaş və imkanlar səni məhdudlaşdırır və düşünürsən: “Görəsən, mən daha çox edə bilərəm, yoxsa buraya qədərdir?..”
İndi sənə real rəqəmlərdən bəhs edəcəm, amma əvvəlcə bunu təsəvvür etməyini istəyirəm:
Dünyanın istənilən yerindən tələbələrin/şagirdlərin var.
Online dərs keçir, öz dərslərini satırsan.
Gəlirin AZN yox, $ ilə olur.
Heç yerə getmirsən, sadəcə öz biliklərinlə...
Gəl indi real rəqəmlərlə keçək
Bu şəkildə gördüyün Asiyalı gənc çox da mükəmməl olmayan bir ingilis dili ilə 1 il 6 ay bundan əvvəl qlobal bazara çıxmağa və SAT dərsi deməyə qərar verir.
2024-cü ilin iyun ayından yutub kanalı açır və ilk videosunu paylaşır.
Mart 2025-də isə instaqram hesabı açır.
Yəni yeni başlayıb və sıfırdan başlayıb!
Və indi onun dəqiq aylıq qazancını oxuyanda şoka düşəcəksiniz.
Amma əvvəlcə onun ilk yutub videosuna bir nəzər yetirək. Şəkildə nə görürsünüz?
Bura xüsusi bir podkast studiyası deyil, rəngli aboyu olan evinin bir köşəsində oturub. Eyni ilə Azərbaycandakı evlər kimi. Kamerası da elə bahalı bir kamera deyil. Komputerin öz veb kamerasıdır. Ayrıca əlavə bir mikrafonu da yoxdur.
İngilis dili aksenti isə heç də elə mükəmməl deyil.
Yəni hazırda onun kimi sizin də ilk videonuzu paylaşmağınız üçün onda olan hər şey, demək olar ki, sizdə də var.
3 ay 19 günə 33.376 AZN qazanıb!
Deməli, o 2025-ci il 1 oktybar - 19 dekabr tarixləri arasında 19633$ qazanc əldə edib. Yəni 3 ay 19 günə 33.376 AZN qazanıb. Bu təxmini məlumat deyil ha, tam dəqiq məlumatdır.
Özü də bu qazanc sadəcə keçdiyi dərslərdən gələn qazancdır. Hələ mən bu adamın yutubdan gələn qazancını bura əlavə etmirəm. Yəqin ki, müəllimlər, nə demək istədiyimi izah edə bilirəm...
Etməyimiz lazım olan şey sadəcə cəsarətimizi toplayıb, özümüzə güvənib, oyunu qaydalarına görə oynayıb, dünya bazarına giriş etməkdir.
Dünyaya “mən də varam!” deməkdir.
8 milyondan 8 milyarda keçid etməkdir.
1000 qat daha böyük bir auditoriya... 1000 qat nə deməkdir, İlahi?!
Və indi dünya bazarına çıxış etməyiniz üçün sizin üstünüzə düşünən cəsarətli bir addım atıb bu təlimə qoşulmaqdır.
Oyunun qaydalarını isə mən (İmamverdi Behbudlu) sizə öyrədəcəm.
Niyə bu təlimə qoşulmalısınız?
Çünki 2026-cı ili mən də özümə qlobal bazara çıxış ili etmişəm.
Allahın izni ilə uğurlu olacağıma inanıram, çünki oyunun qaydalarını dərindən öyrənmişəm.
Bir var bunu sadəcə özüm üçün tətbiq edim. Bu bir az eqoistcə olar.
Bir də var mənə güvənən insanlarla bu yolu birlikdə addımlayaq. Bu mənim dəyərlərimə daha uyğundur.
Və onu da çox yaxşı bilirəm ki, mən qlobal bazarda məsafə qət etdikdən sonra sizə bunları öyrətməyə çalışmağım, nağıl söhbətdir.
Çünki elə olsa, çox gec olacaq, bu dəqiqəsi bütün dünya bizim kimi oyanışdadır.
Bəlkə də, siz bu hekayəni oxuyarkən belə vaxt itirirsiniz.
Bəlkə də, bu elə sonuncu qatardı.
Çünki yerlər dolandan sonra sizə veriləcək bir təlimat kitabçasının heç bir əhəmiyyəti qalmaz.
Nə deyirsiniz, mənimlə birlikdə yeni levelə keçməyə hazırsınız?
Hazırsınızsa, linkə keçid et, qeydiyyatdan keç, yeni bir hekayə bizim üçün başlasın!
Müəllimlik — təkcə bilik ötürmək deyil. Bu, insanlara dəyərləri yaşatmağın sənətidir.
Bəzən bir müəllimin davranışı, min cildlik kitabdan daha dərindir.
Çünki şagirdin, həmkarın, cəmiyyətin səni sözünlə, qərarınla və prinsipinlə tanıyır.
Bir müəllim öz dediyi sözü “çeynəyirsə”, ətrafdakı insanlar bunu dərhal hiss edir.
Şüuraltında belə bir fikir yaranır:
“Elə deyir də, amma sonradan dəyişir. Əslində ciddi deyil.”
Və o an müəllimin imici bir az da zəifləyir.
Çünki öz sözünə əhəmiyyət verməyən bir insana başqaları da əhəmiyyət verməz.
Mərhəmət və taviz arasındakı incə xətt
Bəzən vicdan bizə pıçıldayır:
“Nolacaq ki, elan etdiyim son tarixdən cəmi bir saat gec yazıb, qəbul edim. Axı o da insan...”
Amma bu, mərhəmət deyil — tavizdir.
Həqiqi mərhəmət yalnız ədalətlə birləşəndə təzahür edir.
Əgər bir müəllim hər dəfə ürəyi yumuşaqlığına görə qaydaları dəyişirsə, əslində mərhəmət göstərmir — prinsipsizliyə zəmin yaradır.
Və bir gün o prinsipsizlik həm müəllimin, həm də cəmiyyətin içində dəyərləri korlayır.
“23:59-dan sonra” yazanlar
Behbudlu Academy-də möhtəşəm bir kampaniya etmişdik və günün sonunda, yəni saat 23:59-da kampaniya üçün qeydiyyatın bitəcəyini bildirmişdik.
Amma gecə 23:59-dan sonra onlarla müəllim belə yazıb:
“Sadəcə bir neçə dəqiqə keçib, bir yaxşılıq edib qəbul edin...”
Biz hamısına eyni şeyi dedik:
“Qapılar sürməlidir, bihudə yorulma!”
Çünki bir müəllimə “hə” desək, digərlərinə “yox” demək vicdansızlıq olardı.
Bəli, bu sərt qərardır. Amma ədaləti qorumaq üçün bəzən ürəyin ağrımaldır.
Universitet müəllimimlə səhər yeməyi
Bir dəfə universitetdə bir hadisə yaşadım.
Qrup yoldaşımın bacısının rəfiqəsi imtahandan kəsilmişdi, və məndən xahiş etdilər ki, ona dərs deyən müəllimlə danışım.
Müəllimlə münasibətim yaxşı idi. Sizlə bir mövzuda özəl danışmaq istəyirəm dedim. O da məni səhər yeməyinə dəvət etdi, və söhbət zamanı mənə ədalət və mərhəmət mövzusunda iki saatlıq həyat dərsi keçdi.
Sonunda dedi:
“İndi qərarı sən ver. Artır desən, 10 bal əlavə edəcəm. Artırma desən, kəsiləcək.”
Düşündüm və dedim:
“Artırmayın.”
Qrup yoldaşımın bacısının rəfiqəsi o il kəsildi, amma gələn il öz gücü ilə keçdi.
Əgər o gün müəllim onun balını artırılsaydı, bədəl ödəmədən o dərsi keçəcəkdi, amma xarakter cəhətdən güclənməyəcəkdi, daha da zəifləyəcəkdi.
Amma o məğlubiyyət onun üçün dönüş nöqtəsinə çevrildi.
Sözümün canı
Bəzən “yox” demək — qarşı tərəfi incitsə də, əslində ona fayda verir, onu gücləndirir.
Əgər biz daim rahatlıq yaratmağa çalışsaq, tərbiyə yox, asılılıq formalaşdırarıq.
Müəllimin gücü onun biliklərində deyil — xarakterində, ədalətində, birinci növbədə özünə qarşı sadiqliyindədir.
Əziz müəllim, bəzən ən doğru “hə” – düz vaxtında deyilmiş “yox”dur.
Çünki o “yox” bəzən bir insanın daha möhkəm, daha vicdanlı, daha məsuliyyətli biri olmasına səbəb olur.
Sözünə sadiq qalmaq — sadəcə etik davranış deyil, müəllimlikdə liderliyin təməlidir.
Sənin üçün növbəti addım
Əgər bu yazı sənə tanış duyğular oyatdısa, və sən də təsirli, sözü keçərli, hörmət qazanan bir müəllim olmaq istəyirsənsə, Behbudlu Academy-də hazırladığımız “Keyfiyyətli Müəllim Olmaq” video kursu sənin üçün doğru başlanğıcdır.
Burada bir müəllimin necə xarakterli, prinsipial və eyni zamanda empatik bir şəxsiyyətə çevrilə biləcəyini addım-addım izah edirik. Ödənişsiz sınaq dərsini izləmək üçün linkə keçid et 👉 behbudlu.com/p/km
https://youtu.be/rtzyw1KySEk
Doğru ilə yanlışı ayırmaq
Uşaqlıqda öyrəndiyimiz ilk şeylərdən biri “doğru ilə yanlışı ayırmaq” olur.
Əgər kimsə sənə pis bir söz deyibsə, haqlı olaraq incinirsən.
Əgər sən kimsə üçün yaxşı bir şey etmisənsə, qarşılığını gözləyirsən.
İnsan təbiəti və güzgü effekti
İnsan təbiəti də belə işləyir:
Məni necə qarşılayırlarsa, mən də o cür reaksiya verərəm.
Amma bir gün elə bir an gəlir ki, sənə edilən bir səhvə qarşılıq verməməyin özü bir dərsə çevrilir.
Və həmin anda anlayırsan:
Böyümək hər şeyi bilmək deyil.
Böyümək — anlayış göstərə bilmə qabiliyyətinə sahib olmaq və hekayənin üzünü deyil, astarını, arxa fonda gedən o prosesləri görmək, onlara agah olmaqdır.
Yəni baxmağın ötəsinə keçib görməyi bacarmaqdır.
Leyla müəllimənin hekayəsi
Və bu anlatdıqlarım barəsində sizə bir hekayə danışacağam.
Leyla adlı bir müəllimə bir məktəbdə işə başlayır.
Yeni gəlir və bir ay ərzində çox gözəl təəssüratlar alır.
Bir ay ərzində bütün şagirdlər onu sevir. Dərs keçməyi, dərsə yanaşması, şagirdlərlə işləməsi və s. — hər şey çox gözəldir. Sinifdə də 40-a yaxın şagird var və hamı Leyla müəlliməni sevir, ona vurulub, aşiq olub.
Tənqidə açıq olan müəllim
Bir gün Leyla müəllimə dərsə gəldiyi zaman deyir:
– Uşaqlar, bu gün sizdən bir xahişim var. Sizlərə kağız paylayacağam, ora mənim haqqımda yazacaqsınız. Amma xahiş edirəm, yazarkən mənfisi ilə müsbətini birlikdə yazın. Əgər məni sevirsinizsə, bunu edin.
Leyla müəllimə kağızları paylayır. Özündən də çox əmindir ki, hamı çox gözəl sözlər yazacaq.
Həqiqətən də belə olur.
Sol cibdəki kağız
Bütün kağızları yığdığı zaman ən arxada oturan və dərsə qulaq asmayan, dərslə əlaqəsi olmayan, gələcəkdə təhsilin önəmsiz olduğunu düşünən, sinfi bir az qarışdıran bir qız uşağı var. Adı da Səmadır.
Səmanın kağızını almaq istəyəndə Səma tərəddüd edir.
Bir anlıq tərəddüd edir.
Və... müəllimə kağızı alır. Səmanın kağızında ad yazılmayıb, bilmir kim yazıb.
Bütün şagirdlərin kağızını sağ cibinə qoyur, amma Səmanın kağızını sol cibinə.
Səma da bunun fərqindədir. Görür.
Müəllim bildirməməyə çalışır. Çalışır, amma Səma görür ki, bu kağızı ayrı ciyə qoydu.
Kağızın içində nə yazılmışdı?
Müəllim başlayır bir-bir kağızları oxumağa. Oxuyur, oxuyur…
Sağ cibindəki kağızları bitirdikdən sonra əlini atır sol cibinə. Bu anda Səma peşman olmağa başlayır.
“Görəsən, yanlış etdim?” — deyə düşünür.
Bu vaxt Leyla müəllimə kağızı açır, oxuyur.
Bu dəfə səssizcə oxuyur.
Təbəssüm edir, içində oxuyur, sonra şagirdlərinə baxır.
Orada nələr yazılmışdı?
Yaxşı şeylər yox, tənqidlər:
“Siz savadsız müəllimsiniz, dərs keçə bilmirsiniz. Ola bilsin ki, prosesi gözəl idarə edirsiniz, amma dərs öyrətmək, dərketdirmək qabiliyyətiniz xoşuma gəlmir” — və s. yazılmışdı.
Müəllimin sevinci
Amma işin bir reallığı var idi:
Müəllim həqiqətən ideala yaxın bir müəllim idi.
İdeal deyil — təbii ki, ideal müəllim olmaq çətin məsələdir — amma ideala yaxın bir müəllim idi.
Gözləmirdi belə bir rəyi. Orada bir təəssürat, elə bir “feedback”…
Amma təbəssüm edir. Və bu, həqiqətən saf bir təbəssümdür.
Sevinir bir yandan da.
Nəyə sevinir, bilirsinizmi?
Özündən əmindir bir cəhətdən.
Sevindiyi şey budur:
Birisinin hekayəsini öyrənmək üçün bir səbəb yarandı.
Birisi mənə, hekayəsinə toxuna bilməyim üçün bir çağırış etdi.
“Bu, Səmanı kəşf etmək üçün möhtəşəm bir andır” — deyə düşünür.
Ən əhəmiyyətli söz: “Mən səni görürəm”
Sinif dağılır. Gün sonu şagirdlər evlərinə gedərkən Səmanı dostlarından biri çağırır ki:
– Leyla müəllimə səni görmək istəyir.
Səma narahatdır. “Görəsən, incitdim? Bizim indiyə qədər gəlmiş ən yaxşı müəllimlərimizdəndir...” — deyə düşünür.
Səma müəllimlə bir yerdə evə gedərkən söhbət edirlər, danışırlar.
Müəllimin gözündə işıq — Səmanın hekayəsinə dalmaq üçün can atır.
Dinlədikcə hekayəsini, əslində saf niyyətini görməyə başlayır və görür ki:
Səma ailəsində görünməyən bir uşaqdır.
Şagirdlər tərəfindən fərq edilməyən bir uşaqdır.
Daxildə bir potensial var, amma onu çıxara bilmir.
Və...
Səmanın gözlərinin içinə baxır və bunları deyir:
– Mən səni görürəm.
Səndə parlayan bir cövhər var.
Daxildə bir yerdə gizlətmisən, amma onun bir gün aşkara çıxacağını və çox gözəl bir şəkildə parlayacağını bilirəm.
Gedir. Və bu söhbətin üzərindən bir il keçir.
Səma sinfin ən aktiv öyrənən iştirakçılarından olur. Əlaçılardan olur.
Və...
Onun həyatını dəyişən, yön verən hekayənin başlanğıcı isə Leyla müəlliməyə yazdığı o kağız olur.
Bu hekayə kimlər üçündür?
Bu hekayə bir dərsdir:
Uşağının sözünə incinmiş bir valideyn üçün.
Şagirdinin davranışından incinmiş bir müəllim üçün.
İş yoldaşının kobud bir hərəkətini, kobud bir sözünü qəlbində saxlayanlar üçün.
Sevgilisi, yoldaşı özünü ifadə edə bilmədiyinə görə ona od püskürənlər üçün.
Və ən çox da çox danışıb az dinləyən insanlar üçün.
Kobudluğun kökündəki səssiz savaş
Çünki həqiqət budur:
İnsanlar bizi incitmək üçün yox,
öz daxillərindəki savaşdan bizə bəhs edə bilmədikləri üçün,
özlərini bu mövzuda ifadə edə bilmədikləri üçün,
qarşı tərəfin ifadə etməyə layiq bir mövqedə olmadığını hiss etdikləri üçün kobud davranırlar, kobud rəftar edirlər, sərt olurlar.
Müəllim olmaq – Lövhədən daxilə uzanan bir səfərdir
İndi üzümü müəllimlərə tutub demək istəyirəm:
Şagirdlərinizdən bəzən qırıcı, incidici sözlər eşidə bilərsiniz.
Amma bundan əmin olun ki, o incidici söz şagirdin ağzından yox, onun qırıq qəlbindən gəlir.
Müəllimlik etməklə “müəllim olmaq” arasındakı fərqi bu şəkildə ifadə edə bilərik:
Müəllim sadəcə təbaşiri əlinə alıb lövhədə cızan bir personaj deyil.
Müəllim — o təbaşiri əlinə aldıqdan sonra qırıq qəlblərə gözəl toxunuşlar edən, onların həyatına asta-asta toxunan şəxsdir.
Bu, məncə, müəllim olmağın tərifidir.
Sonda bir sual: Həqiqi dərsi kim keçir?
Siz nə düşünürsünüz? Müəllim olmağa hansı tərifi verə bilərsiniz?
Bu yazını oxuyan hər kəsə bu sualı verib sağollaşmaq istəyirəm:
Əgər bir gün sənə qarşı haqsızlıq edilsə…
Əgər bir gün bilmədən incidilsən…
Hər hansı kobud davranış, bir söz, rəftar, tutumun... nə olardı? Nə edərdin?
Dərhal cavab verərdin, yoxsa hekayənin özünü, əslini anlamağa çalışardın?
Əmin olun, hekayənin özünü anlamağa çalışdığınız zaman artıq siz əvvəlki “siz” olmursunuz.
Artıq başqa birisinə çevrilirsiniz.
Və artıq bir yaş daha böyümüsünüz...
Müəllimlər üçün təlim və kurslarımız:
1. Müəllimlər üçün dijital bacarıqlar kursu: https://behbudlu.com/p/mdijital
2. Müəllimlər üçün hekayələşdirmə kursu: https://behbudlu.com/p/mhekayə
3. Sahibkar kimi düşünən müəllim olmaq təlimi: https://behbudlu.com/p/smlm
4. Digər təlim və kurslar: https://behbudlu.com/p/academy
Podkast kimi dinlə 👇
https://youtu.be/tMhCmCNRSxc
Giriş
Heç bu ifadəni eşitmisiniz? "Əti sənin, sümüyü mənim". Bir vaxtlar valideyn övladını müəllimə təhvil verəndə məhz bu sözləri deyərdi. Bu, sadəcə bir deyim deyildi, bu, müəllimə olan sonsuz inamın, onun tərbiyədəki roluna olan dərin hörmətin bir andı idi. Təsəvvür edin, o vaxtlar müəllim səhv edən şagirdin qulağını yüngülcə buranda bu, bir qayğı əlaməti sayılırdı. Bəs indi? İndi ən kiçik sərt bir sözə görə müəllim sosial mediada linç edilir, töhmət alır, hətta illərlə qazandığı peşəsini bir anda itirə bilir. Necə oldu ki, o sarsılmaz hörmətdən bu qədər məsafəli, bu qədər gərgin bir münasibətə gəlib çıxdıq? Gəlin, birlikdə keçmişin unudulmuş dəyərləri ilə günümüzün reallıqları arasında bir səyahətə çıxaq. Və inanın, üzə çıxan fərqlər sizi heyrətləndirəcək.
"Günahkar" axtarmayacağıq
Biz əslində nəyi itirdik? Sadəcə bir neçə onillikdə cəmiyyətimizin təməl dirəklərindən olan müəllim-şagird münasibəti necə bu qədər dəyişə bildi? Bu, nəsillər arası fərqdən daha dərin bir məsələdir. Bu, bizim dəyərlərimizin, tərbiyə anlayışımızın və bir cəmiyyət olaraq özümüzə baxışımızın hekayəsidir. Bu gün təkcə "günahkar" axtarmayacağıq. Birlikdə o itirdiyimiz səmimiyyəti, o isti münasibəti necə bərpa edə biləcəyimizi düşünəcəyik. Çünki bu məsələ sinif otaqlarının divarları arasında qalmır, hər birimizin evinə, ailəsinə və gələcəyimizə birbaşa təsir edir.
Qızıl dövr - müəllim ikinci valideyn idi
Gəlin xəyalımızda bir anlıq keçmişə, çoxumuzun valideynlərinin, nənə-babalarımızın xatirələrində yaşayan o dövrə qayıdaq. Müəllimin sadəcə dərsi keçib gedən bir peşə sahibi yox, həqiqətən də ikinci bir valideyn kimi görüldüyü zamanlara. O vaxtlar müəllim kəndin, məhəllənin ən hörmətli insanlarından sayılırdı. Onun sözü böyük çəkiyə malik idi, məsləhəti isə yol göstərən bir işıq idi. Ulu Öndər Heydər Əliyevin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" deməsi təsadüfi deyildi; bu, bütün bir cəmiyyətin müəllimə olan baxışının, ona verdiyi dəyərin təcəssümü idi.
O dövrün müəllimi təkcə riyaziyyat düsturlarını, ədəbiyyat qaydalarını öyrətmirdi. O, həyatı öyrədirdi. Şagirdinin sadəcə gündəliyinə deyil, ürəyinə də baxırdı. Onun xasiyyəti, davranışı, ailəsindəki çətinlikləri ilə də özünə borc bilib maraqlanırdı. Müəllimlər şagirdlərinin bir şəxsiyyət kimi yetişməsində birbaşa iştirak edirdilər. Şagird səhv edəndə, müəllimin onu danlaması bir təhqir kimi deyil, qayğıkeş bir atanın, bir ananın övladını doğru yola çəkmək cəhdi kimi qəbul edilirdi. Çünki hər kəs bilirdi ki, o tənqidin arxasında saf bir niyyət – şagirdin daha yaxşı bir insan olması istəyi dayanırdı.
Bu münasibət isə qarşılıqlı idi. Şagirdlər də müəllimlərinə dərin bir hörmət və sevgi bəsləyirdilər. Onu yolda görəndə ayağa qalxmaq, onun yanında səsini ucaltmamaq yazılmamış qanunlar idi. Çünki müəllim, gələcəyə açılan qapının açarını daşıyan şəxs hesab olunurdu. Hər birimiz uğur qazanmış birindən öz hekayəsini soruşsaq, mütləq bir müəlliminin adını çəkib, onun həyatındakı əvəzsiz rolundan danışdığını eşidərik. Bu, sadəcə bir nostalji deyil, hörmətin, inamın və səmimiyyətin hakim olduğu bir dövrün həqiqəti idi.
Dəyişim və reallıq - müasir məsafəli münasibətlər
İndi isə xəyali zaman maşınından enib günümüzə, bu günün reallığına qayıdaq. Sinif otaqlarında bizi tamamilə fərqli bir mənzərə qarşılayır. Keçmişin o bir qədər sərt, amma səmimi mühitini, indi daha "sərbəst" və "açıq" bir ünsiyyət əvəz edib. Şagirdlər artıq müəllimdən əvvəlki kimi çəkinmir, fikirlərini daha cəsarətlə ifadə edirlər. İlk baxışda bu, müsbət bir hal kimi görünsə də, medalın bir də digər üzü var.
Bu yeni atmosfer çox vaxt özü ilə birlikdə bir emosional boşluq və soyuqluq gətirir. Müəllimin "ikinci valideyn" statusu, tədricən yerini sanki bir "təhsil xidməti göstərən" obrazına verir. Valideynlər artıq "əti sənin, sümüyü mənim" demir, əksinə, övladlarının "hüquqlarını" qorumaq üçün hər an müdaxiləyə hazır vəziyyətdə olurlar. Cibimizdəki telefonlar isə bu prosesi daha da sürətləndirir. Ən kiçik bir hadisə belə, saniyələr içində lentə alınıb bütün ölkənin müzakirə mövzusuna çevrilə bilir. Bu vəziyyət müəllimləri daimi bir gərginlik altında saxlayır, onları daha ehtiyatlı, daha rəsmi və nəticədə şagirddən daha məsafəli olmağa vadar edir.
Nəticə nədir? Müəllim və şagird arasındakı o dərin mənəvi bağ getdikcə zəifləyir. Müəllim gələcəkdə yarana biləcək problemlərdən çəkindiyi üçün şagirdin şəxsi həyatına, tərbiyəsinə qarışmaqdan uzaq durur. Onun vəzifəsi tədris proqramını çatdırmaqla məhdudlaşır. Şagird isə müəllimi həyatına yön verən bir ustad kimi deyil, sadəcə qiymət yazan bir səlahiyyətli kimi görməyə başlayır. Hörmət anlayışı da dəyişir. Keçmişin ehtiramının yerini, təəssüf ki, bəzən hörmətsizliyə çatan bir sərbəstlik alır. Bu soyuqluq isə təkcə sinif otağında qalmır, bütün cəmiyyətin tərbiyə sistemində böyük bir boşluq yaradır.
Niyə belə oldu? Səbəblərin dərin analizi
Yaxşı, bəs biz bu nöqtəyə necə gəlib çıxdıq? Bu böyük dəyişikliyin arxasında hansı səbəblər dayanır? Kimisə günahlandırmaq asandır, amma məsələ bir nəfərin səhvindən daha mürəkkəbdir. Bu, bir neçə amilin yaratdığı bir zəncirvari reaksiyadır.
Birincisi, cəmiyyətin dəyərlər sistemi dəyişdi. Fərdiyyətçiliyin, maddi olanın daha çox ön plana çıxması ilə müəllimə olan mənəvi hörmət anlayışı zəifləməyə başladı. Təhsil, bir şəxsiyyət formalaşdırma vasitəsi olmaqdan çox, gələcəkdə yaxşı gəlir əldə etmək üçün bir alət kimi görüldü. Bu yanaşma da təbii olaraq müəllimin mənəvi çəkisini azaltdı.
İkincisi, texnologiya faktoru. Əvvəllər müəllim az qala yeganə bilik mənbəyi idisə, indi hər şagirdin cibindəki smartfon dünyanın ən böyük ensiklopediyalarına çıxış deməkdir. Bu vəziyyət, bəzi insanlarda "müəllim hər şeyi bilmir" kimi yanlış bir fikir formalaşdırdı. Müəllimin rolu bilik ötürəndən daha çox, o məlumat dəryasında düzgün yolu göstərən bir bələdçiyə çevrildi, lakin cəmiyyət bu yeni rolu tam mənimsəməkdə çətinlik çəkdi.
Üçüncüsü, "müəllim-valideyn-şagird" üçbucağı zəiflədi. Keçmişdə bu üçbucaq möhkəm bir ittifaq idi və hər kəs eyni hədəfə çalışırdı. Bu gün isə bu ittifaq tez-tez pozulur. Valideynlər bəzən müəllimə bir tərəfdaş kimi yox, övladlarının maraqlarına qarşı olan biri kimi yanaşırlar. Məktəblə ailə arasında sağlam körpünün olmaması isə şagirdi ortada qoyur və heç bir tərəfin nüfuzunu tam qəbul etməməsinə səbəb olur.
Nəhayət, müəllim peşəsinin nüfuzu ilə bağlı problemləri də unutmaq olmaz. Zamanla peşənin cəlbediciliyinin azalması, əmək haqqı kimi məsələlər də bu prosesə təsirsiz ötüşmədi. Bütün bu amillər birləşərək, bizi bu günün mürəkkəb mənzərəsi ilə üz-üzə qoydu.
Həll yolu varmı? İtirilən bağı necə bərpa edə bilərik?
Bütün bu problemləri sadaladıq, bəs çıxış yolu haradadır? Əlbəttə, keçmişə qayıtmaq nə mümkündür, nə də tam olaraq lazımdır. O dövrün sərt metodlarının da öz mənfi tərəfləri var idi. Məqsəd, keçmişin o isti ruhunu, o dərin hörmət və səmimiyyətini müasir dünyanın qaydaları ilə birləşdirməkdir.
İlk və ən vacib addım, o zəifləmiş "müəllim-valideyn-şagird" üçbucağını yenidən möhkəmləndirməkdir. Valideynlər anlamalıdır ki, müəllim onların rəqibi deyil, övladlarının gələcəyi üçün ən etibarlı müttəfiqidir. Övladlarının yanında müəllimin nüfuzunu aşağı salmaq əvəzinə, problemi birbaşa, hörmət çərçivəsində müəllimlə həll etməyə çalışmalıdırlar.
Müəllimlərimiz də yeni dövrün tələblərinə uyğunlaşmalıdır. Onlar təkcə öz fənnini deyil, müasir uşaqların psixologiyasını da dərindən bilməlidirlər. Onların dilini tapmaq, etibarını qazanmaq, bəzən bir müəllimdən daha çox, bir sirdaş, bir mentor ola biləcəyini göstərmək həyati əhəmiyyət daşıyır. Çünki əsl hörmət qorxu ilə deyil, sevgi və inamla qazanılır.
Şagirdlərə isə həm ailədə, həm də məktəbdə hörmətin nə olduğu yenidən izah edilməlidir. Bunun kor-koranə itaət yox, qarşındakı insanın əməyinə, biliyinə, təcrübəsinə və yaşına verilən bir dəyər olduğu aşılanmalıdır.
Və bəlkə də ən əsası, biz bir cəmiyyət olaraq müəllim sözünün çəkisini, nüfuzunu yenidən qaldırmalıyıq. Bu, təkcə maaş artımı ilə olan iş deyil. Bu, medianın, ziyalıların, hər birimizin müəllim haqqında danışarkən seçdiyi sözlərdən, ona verdiyi dəyərdən başlayır. Biz müəllimi yenidən cəmiyyətin mənəvi mayaklarından biri kimi görməyə başlamasaq, bu boşluğu doldurmaq çox çətin olacaq.
Nəticə
Beləliklə, keçmişin "Əti sənin, sümüyü mənim" anlayışından bu günün məsafəli münasibətlərinə uzun və keşməkeşli bir yol gəldik. Bu yolda bəzi müsbət dəyişikliklər olsa da, çox qiymətli bir şeyi – müəllimlə şagird arasındakı o səmimi, isti və formalaşdırıcı mənəvi bağı itirmək təhlükəsi ilə üz-üzəyik. Bu bağ, sadəcə bir nostalji deyil. Bu, sağlam bir cəmiyyətin, mənəviyyatlı bir nəslin böyüməsi üçün lazım olan təməldir.
Bəlkə də itirdiyimiz sadəcə hörmət deyil, həm də gələcəyimizə olan inamdır. Bu inamı bərpa etmək isə hər birimizin borcudur.
İndi isə söz sizindir. Sizin xatirələrinizdəki o unudulmaz müəllim kimdir? Hansı sözü, hansı hərəkəti ilə həyatınıza toxunub? Keçmiş və indiki müəllim-şagird münasibətləri haqqında nə düşünürsünüz? Öz təcrübələrinizi və fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Gəlin, bu vacib mövzunu birlikdə müzakirə edək və həll yolları axtaraq.