Bir müəllim bir aya maksimum nə qədər qazana bilər?

I help solo entrepreneurs build strong brands and grow their sales by using storytelling, artificial intelligence tools, digital marketing, and business systemization.
Səncə, bir müəllim bir aya maksimum nə qədər qazana bilər?
Müəllim olaraq çox zəhmət çəkirsən, amma maaş və imkanlar səni məhdudlaşdırır və düşünürsən: “Görəsən, mən daha çox edə bilərəm, yoxsa buraya qədərdir?..”
İndi sənə real rəqəmlərdən bəhs edəcəm, amma əvvəlcə bunu təsəvvür etməyini istəyirəm:
Dünyanın istənilən yerindən tələbələrin/şagirdlərin var.
Online dərs keçir, öz dərslərini satırsan.
Gəlirin AZN yox, $ ilə olur.
Heç yerə getmirsən, sadəcə öz biliklərinlə...
Gəl indi real rəqəmlərlə keçək

Bu şəkildə gördüyün Asiyalı gənc çox da mükəmməl olmayan bir ingilis dili ilə 1 il 6 ay bundan əvvəl qlobal bazara çıxmağa və SAT dərsi deməyə qərar verir.
2024-cü ilin iyun ayından yutub kanalı açır və ilk videosunu paylaşır.
Mart 2025-də isə instaqram hesabı açır.
Yəni yeni başlayıb və sıfırdan başlayıb!
Və indi onun dəqiq aylıq qazancını oxuyanda şoka düşəcəksiniz.
Amma əvvəlcə onun ilk yutub videosuna bir nəzər yetirək. Şəkildə nə görürsünüz?

Bura xüsusi bir podkast studiyası deyil, rəngli aboyu olan evinin bir köşəsində oturub. Eyni ilə Azərbaycandakı evlər kimi. Kamerası da elə bahalı bir kamera deyil. Komputerin öz veb kamerasıdır. Ayrıca əlavə bir mikrafonu da yoxdur.
İngilis dili aksenti isə heç də elə mükəmməl deyil.
Yəni hazırda onun kimi sizin də ilk videonuzu paylaşmağınız üçün onda olan hər şey, demək olar ki, sizdə də var.
3 ay 19 günə 33.376 AZN qazanıb!

Deməli, o 2025-ci il 1 oktybar - 19 dekabr tarixləri arasında 19633$ qazanc əldə edib. Yəni 3 ay 19 günə 33.376 AZN qazanıb. Bu təxmini məlumat deyil ha, tam dəqiq məlumatdır.
Özü də bu qazanc sadəcə keçdiyi dərslərdən gələn qazancdır. Hələ mən bu adamın yutubdan gələn qazancını bura əlavə etmirəm. Yəqin ki, müəllimlər, nə demək istədiyimi izah edə bilirəm...
Etməyimiz lazım olan şey sadəcə cəsarətimizi toplayıb, özümüzə güvənib, oyunu qaydalarına görə oynayıb, dünya bazarına giriş etməkdir.
Dünyaya “mən də varam!” deməkdir.
8 milyondan 8 milyarda keçid etməkdir.
1000 qat daha böyük bir auditoriya... 1000 qat nə deməkdir, İlahi?!
Və indi dünya bazarına çıxış etməyiniz üçün sizin üstünüzə düşünən cəsarətli bir addım atıb bu təlimə qoşulmaqdır.
Oyunun qaydalarını isə mən (İmamverdi Behbudlu) sizə öyrədəcəm.
Niyə bu təlimə qoşulmalısınız?
Çünki 2026-cı ili mən də özümə qlobal bazara çıxış ili etmişəm.
Allahın izni ilə uğurlu olacağıma inanıram, çünki oyunun qaydalarını dərindən öyrənmişəm.
Bir var bunu sadəcə özüm üçün tətbiq edim. Bu bir az eqoistcə olar.
Bir də var mənə güvənən insanlarla bu yolu birlikdə addımlayaq. Bu mənim dəyərlərimə daha uyğundur.
Və onu da çox yaxşı bilirəm ki, mən qlobal bazarda məsafə qət etdikdən sonra sizə bunları öyrətməyə çalışmağım, nağıl söhbətdir.
Çünki elə olsa, çox gec olacaq, bu dəqiqəsi bütün dünya bizim kimi oyanışdadır.
Bəlkə də, siz bu hekayəni oxuyarkən belə vaxt itirirsiniz.
Bəlkə də, bu elə sonuncu qatardı.
Çünki yerlər dolandan sonra sizə veriləcək bir təlimat kitabçasının heç bir əhəmiyyəti qalmaz.
Nə deyirsiniz, mənimlə birlikdə yeni levelə keçməyə hazırsınız?
Hazırsınızsa, linkə keçid et, qeydiyyatdan keç, yeni bir hekayə bizim üçün başlasın!





